Назад

13 Aprel 2009-cu il, saat 00:00-dək

Kürdəmir rayonunda ümumi sahəsi 404 kv.m. olan 2 mərtəbəli fərdi yaşayış evinin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 130 kv.m. sahədə yanmışdır. Yanğın saat 20:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Səbail rayonunda, bir qadın özünü intihar məqsədilə Xəzər dənizinin nəzarət olunan ərazisində suya atmışdır. Nazirliyin xilasediciləri həmin qadını xilas edərək, hadisə yerinə çağırılmış hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil vermişlər. Xilasetmə əməliyyatı saat 23:05-də başa çatmışdır.

Назад

13 Aprel 2009-cu il, saat 14:00-dək

Quba rayonunda, ümumi sahəsi 190 kv.m. olan 2 mərtəbəli fərdi yaşayış evinin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 90 kv.m. sahədə yanmışdır. Yanğın saat 05:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda, həyətyanı sahədə ümumi sahəsi 80 kv.m. olan saunanın yanar konstruksiyaları yanmışdır. Yanğın saat 10:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi rayonunda, ümumi sahəsi 28 kv.m. olan 1 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları yanmışdır. Yanğın saat 12:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;