Назад

10 Aprel 2009-cu il, saat 00:00-dək

Bakı şəhəri, Yasamal rayonunda, hazırda fəaliyyət göstərməyən 2 mərtəbəli uşaq bağçasının 2-ci mərtəbəsinin yanar konstruksiyaları 60 kv.m. sahədə yanmışdır. Yanğın saat 22:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qəbələ rayonunda, fərdi yaşayış evinin həyətində, ümumi sahəsi 91 kv.m. olan tövlənin yanar konstruksiyaları 72 kv.m. sahədə və içərisinə yığılmış 3 ton ot bağlaması yanmışdır. Yanğın saat 19:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.