Назад

17 Fevral 2009-cu il, saat 09:00-dək

00:19. Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərnin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər binanın 4-cü mərtəbəsindən 3-cü mərtəbəyə enərək mənzilə daxil olmuş və giriş qapısını açmışlar. Xilasetmə əməliyyatı saat 01:04-də başa çatmışdır;

01:06. İsmayıllı rayonunda ümumi sahəsi 200 kv.m. olan fərdi yaşayış evinin çardağının yanar konstruksiyaları, ona bitişik tikilmiş ümumi sahəsi 240 kv.m. olan fərdi yaşayış evinin çardağının yanar konstruksiyaları, həmçinin evin həyətindəki ümumi sahəsi 24 kv.m. olan tövlənin yanar konstruksiyaları yanmışdır. Yanğın saat 05:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

03:31. Bərdə rayonunda ümumi sahəsi 117 kv.m. olan fərdi yaşayış evi 80 kv.m. sahədə əşyalarla birlikdə yanmışdır. Yanğın saat 04:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

05:06. Şəki rayonunda ümumi sahəsi 24 kv.m. olan tövlə və həmin tövlənin damına yığılmış 3 ton ot bağlaması yanmışdır. Yanğından 3 baş iri buynuzlu heyvan yanğınsöndürənlər tərəfindən xilas edilmişdir. Yanğın saat 07:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;