Назад

16 Fevral 2009-cu il, saat 00:00-dək

20:12. Bakı şəhəri, Xətai rayonunda yaşlı bir qadının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər mənzilin qapısının açılmasını təmin etmişlər. Mənzilə baxış keçirilərkən həmin qadın döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkimləri həmin qadının vəfat etdiyini müəyyən etmişlər. Xilasedicilər cəsədi hadisə yerinə çağırılmış hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil vermişlər. Əməliyyat saat 20:40-da başa çatmışdır.
Назад

16 Fevral 2009-cu il, saat 19:00-dək

15:45. İsmayıllı rayonunda ümumi sahəsi 120 kv.m. olan fərdi yaşayış evi əşyalarla birlikdə 30 kv.m. sahədə yanmışdır. Yanğın saat 16:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

17:12. Oğuz rayonunda, ümumi sahəsi 70 kv.m. olan mənzilin döşəməsi 0,5 kv.m. sahədə yanmışdır. Yanğın saat 17:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

18:28. Masallı rayonunda, yol kənarında kol-kos 150 kv.m. sahədə yanmışdır. Yanğın saat 18:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Назад

16 Fevral 2009-cu il, saat 14:00-dək

09:16. Salyan rayonunda, ümumi sahəsi 50 kv.m. olan talvarın yanar konstruksiyaları 27 kv.m. sahədə və həmin talvarın altına yığılmış 1600 kq. ot bağlaması yanmışdır. Yanğın saat 09:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

13:12. Şamaxı rayonunda həyətyanı sahədə yığılmış 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 16:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;