Назад

15 Fevral 2009-cu il, saat 00:00-dək

19:51. Bakı şəhəri, Qaradağ rayonunda yol-nəqliyyat qəzası baş vermişdir. Hadisə yerinə baxış keçirilərkən məlum olmuşdur ki, "Mercedes" markalı minik avtomobili "Kamaz" markalı yük avtomobili ilə toqquşmuşdur. Nəticədə minik avtomobili deformasiyaya uğramış, həmin avtomobilində olan 1 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Zərərçəkmiş hadisə yerinə toplaşmış insanlar tərəfindən xəstəxanaya yola salınmışdır. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülmüşdür. Xilasetmə əməliyyatı saat 20:39-da başa çatmışdır.
Назад

15 Fevral 2009-cu il, saat 14:00-dək

07:50. Lənkəran rayonunda ümumi sahəsi 300 kv.m. olan fərdi yaşayış evinin tavanı 1 kv.m. sahədə yanmışdır. Yanğın saat 08:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

10:46. Abşeron rayonunda qamışlıq 1 ha. sahədə yanmışdır. Yanğın saat 12:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

11:40. Ağdam rayonunda həyətyanı sahədə yığılmış 200 kq. ot bağlaması yanmışdır. Yanğın saat 12:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

12:15. Saatlı rayonunda ümumi sahəsi 154 kv.m. olan fərdi yaşayış evinin tavanı 16 kv.m. sahədə yanmışdır. Yanğın saat 12:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;