Назад

14 Fevral 2009-cu il, saat 00:00-dək

15:35. Neftçala rayonunda ümumi sahəsi 34 kv.m. olan mənzilin tavanı 4 kv.m. sahədə yanmışdır. Yanğın saat 15:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

23:40.  Bakı şəhəri, Nizami rayonunda, 5 mərtəbəli binada partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat daxil olmuşdur. Xilasetmə əməliyyatı çərçivəsində həmin binada və onun ətrafında olan insanların təhlükəsizliyi təmin edilmiş, axtarış işləri aparılmışdır. Axtarış nəticəsində heç bir şübhəli əşya aşkar edilməmişdir. Xilasetmə əməliyyatı 15 fevral 2009-cu il tarixdə saat 01:55-də başa çatmışdır; 

23:55. Bakı şəhəri, Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər binanın 6-cı mərtəbəsinə enərək mənzilə daxil olmuş və giriş qapısını açılmışlar. Xilasetmə əməliyyatı saat 00:36-da başa çatmışdır.

Назад

14 Fevral 2009-cu il, saat 14:00-dək

04:15. Bakı şəhəri, Nəsimi rayonunda ümumi sahəsi 8 kv.m. olan kafenin qapısı 2 kv.m. sahədə yanmışdır. Yanğın saat 04:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

09:30. Biləsuvar rayonunda 1 ədəd elektrik dirəyi qismən yanmışdır. Yanğın saat 09:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına qısa qapanma səbəb olmuşdur;