Назад

13 Fevral 2009-cu il, saat 19:00-dək

14:05. Bakı şəhəri, Nəsimi rayonunda yaşlı bir qadın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər 5 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə daxil olmuş və qapısını açmışlar. Mənzilə baxış keçirilərkən həmin qadın hamam otağında hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkimləri qadının vəfat etdiyini müəyyən etmişlər. Əməliyyat saat 14:31-də başa çatmışdır;

15:27. Göyçay rayonunda, ümumi sahəsi 108 kv.m. olan talvarın yanar konstruksiyaları 9 kv.m. sahədə və həmin talvarın altına yığılmış 1 ton ot bağlaması yanmışdır. Yanğın saat 16:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

15:32. Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 80 kv.m. olan fərdi yaşayış evinin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yanğın saat 16:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

16:26. Göygöl rayonunda, ümumi sahəsi 55 kv.m. olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 35 kv.m. sahədə və tövlənin içərisinə yığılmış 500 kq. ot bağlaması yanmışdır. Yanğın saat 17:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

16:36. Füzuli rayonunda həyətyanı sahədə yığılmış 5 ton ot bağlaması yanmışdır. Yanğından 3 baş iri buynuzlu heyvan xilas edilmişdir. Yanğın saat 17:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

18:19. Bakı şəhəri, Nizami rayonunda, ümumi sahəsi 32 kv.m. olan mənzilin hamam otağında partlayış baş vermişdir. Yanğın olmamışdır. Nəticədə həmin mənzilin mətbəxinin və binanın 2-ci qirişinin şüşələri qırılmışdır. Hadisə yerində xilasedicilər tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülmüşdür. Əməliyyat saat 18:49-da başa çatmışdır. İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olmuşdur;

18:30. Ermənistan ərazisində, cəbhə xətti yaxınlığındakı meşə zolağında başlanmış yanğın Azərbaycan tərəfinə keçmişdir. Yanğın nəticəsində Qazax rayonu, Xanlıqlar kəndi ərazisində ağac və kol-kos təxminən 8 ha. sahədə yanmışdır. Qəfil istiqamətini dəyişmiş külək yanğının Azərbaycan ərazisinə yayılmasının qarşısını almışdır. Yanğınsöndürənlər hadisə yerinə buraxılmamışlar;

18:46. Qazax rayonu ərazisindədə qamışlıq 300 kv.m. sahədə yanmışdır. Yanğın saat 19:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Назад

13 Fevral 2009-cu il, saat 14:00-dək

12:05. Zaqatala rayonunda ümumi sahəsi 155 kv.m. olan fərdi yaşayış evinin dam örtüyünün yanar konstruksiyaları 70 kv.m. sahədə və tavanının 20 kv.m. sahədə yanmışdır. Yanğın saat 12:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

12:52. Gədəbəy rayonunda həyətyanı sahəyə yığılmış 1 ton ot bağlaması yanmışdır. Yanğın saat 13:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Назад

13 Fevral 2009-cu il, saat 09:00-dək

05:55. Bərdə rayonunda, ümumi sahəsi 484 kv.m. olan inzibati binanın çardağında peyin 3 kv.m. sahədə yanmışdır. Yanğın saat 06:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına odun sobasının qızması səbəb olmuşdur;

07:31. Bakı şəhəri, Yasamal rayonunda, yaşayış binasında birinin şaxtasında elektrik kabelləri 15 p.m. yanmışdır. Yanğın saat 08:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına qısa qapanma səbəb olmuşdur;