Назад

13 Fevral 2009-cu il, saat 14:00-dək

12:05. Zaqatala rayonunda ümumi sahəsi 155 kv.m. olan fərdi yaşayış evinin dam örtüyünün yanar konstruksiyaları 70 kv.m. sahədə və tavanının 20 kv.m. sahədə yanmışdır. Yanğın saat 12:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

12:52. Gədəbəy rayonunda həyətyanı sahəyə yığılmış 1 ton ot bağlaması yanmışdır. Yanğın saat 13:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Назад

13 Fevral 2009-cu il, saat 09:00-dək

05:55. Bərdə rayonunda, ümumi sahəsi 484 kv.m. olan inzibati binanın çardağında peyin 3 kv.m. sahədə yanmışdır. Yanğın saat 06:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına odun sobasının qızması səbəb olmuşdur;

07:31. Bakı şəhəri, Yasamal rayonunda, yaşayış binasında birinin şaxtasında elektrik kabelləri 15 p.m. yanmışdır. Yanğın saat 08:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına qısa qapanma səbəb olmuşdur;