Назад

30 dekabr 2008-ci il, saat 19:00-dək

14:09. Qax rayonunda fərdi yaşayış evinin həyətindəki ümumi sahəsi 35 kv.m. olan tövlə və tövləyə yığılmış 4 ton ot bağlaması yanmışdır. Yanğın saat 15:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

17:09. Ağdaş rayonunda həyətyanı sahədə yığılmış 11 ton ot bağlaması yanmışdır. Yanğın saat 20:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

18:29. Bakı şəhəri, Nəsimi rayonunda ümumi sahəsi 50 kv.m. olan fərdi yaşayış evinin döşəməsi 5 kv.m. sahədə və həmin evin altında quraşdırılmış gücü 6 kVt olan bir ədəd transformatorun yağı və sarğıları yanmışdır. Yanğın saat 19:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Назад

30 dekabr 2008-ci il, saat 14:00-dək

11:32. Sumqayıt şəhərində minik avtomobilinin mühərriki yanmışdır. Yanğın saat 11:36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

12:08. Saatlı rayonunda ümumi sahəsi 208 kv.m. olan fərdi yaşayış evinin tavanı 16 kv.m. sahədə yanmışdır. Yanğın saat 14:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Назад

30 dekabr 2008-ci il, saat 09:00-dək

01:24. Bakı şəhəri, Nəsimi rayonunda bir nəfər yeniyetmə mənzildə bağlı qapı arxasında qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs qapının dəfələrlə döyülməsinə heç bir reaksiya vermir. Xilasedicilər 5 mərtəbəli binanın 2-ci mərtəbəsinə qalxaraq həmin mənzilə daxil olmuş və giriş qapısının açılmasını təmin etmişlər. Yeniyetmə xilasedicilər tərəfindən yatmış vəziyyətdə aşkarlanmışdır. Xilasetmə əməliyyatı saat 02:09-da başa çatmışdır;

05:52. Zərdab rayonunda ümumi sahəsi 6 kv.m. olan köməkçi otağın damı 3 kv.m. sahədə yanmışdır. Yanğın saat 06:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;