Назад

28 dekabr 2008-ci il, saat 00:00-dək

21:13. İsmayıllı rayonunda ümumi sahəsi 40 kv.m. olan tövlənin damı 20 kv.m. sahədə və damına yığılmış 4 ton ot bağlaması yanmışdır. Yanğın saat 22:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

21:42. Bakı şəhəri, Əzizbəyov rayonunda ümumi sahəsi 80 kv.m. olan fərdi yaşayış evi içərisindəki əşyalarla birlikdə yanmışdır. Yanğın saat 22:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Назад

28 dekabr 2008-ci il, saat 19:00-dək

11:08. Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 30 kv.m. olan fərdi yaşayış evinin döşəməsi və ev əşyaları 0,5 kv.m. sahədə yanmışdır. Yanğın saat 11:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi 1955-ci il təvəllüdlü Əliyeva Ziyafət Bəhram qızının cəsədi aşkarlanmışdır. Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən təhqiqat aparılır;

16:37. Bakı şəhəri, Binəqədi rayonunda bir nəfər gənc bağlı qapı arxasınsda qalmışdır. Xilasedicilər mənzilin qapısını açmış və həmin şəxsi orada yatmış vəziyyətdə aşkar etmişlər. Əməliyyat saat 17:32-də başa çatmışdır;

18:11. Ağdaş rayonunda ümumi sahəsi 200 kv.m. olan ferma binasının yanar konstruksiyaları 18 kv.m sahədə və 7 ton ot bağlaması yanmışdır. Yanğın saat 18:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Назад

28 dekabr 2008-ci il, saat 09:00-dək

06:05. Bakı şəhəri, Yasamal rayonunda ümumi sahəsi 50 kv.m. olan aptekdə vitrin və dərman preparatları 20 kv.m. sahədə yanmışdır. Yanğın saat 06:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

03:39. Zaqatala rayonunda ümumi sahəsi 56 kv.m. olan tövlə 40 kv.m. sahədə və içərisinə yığılmış 800 kq. ot bağlaması yanmışdır. Yanğından 2 iribuynuzlu heyvan xilas edilmişdir. Yanğın saat 05:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;