Назад

30 noyabr 2008-ci il, saat 19:00-dək

12:27. Bakı şəhəri, Nəsimi rayonunda ümumi sahəsi 40 kv.m. olan ev əşyalarla birlikdə 20 kv.m. sahədə yanmışdır. Yanğın saat 14:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

15:20. Şəki şəhərində minik avtomobilinin yanar hissələri yanmışdır. Yanğın saat 15:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

16:27. Zaqatala rayonunda ümumi sahəsi 140 kv.m. olan tövlənin yanar konstruksiyaları 70 kv.m. sahədə və damına yığılmış 5 ton ot bağlaması yanmışdır. Yanğından 5 iri buynuzlu heyvan xilas edilmişdir. Yanğın saat 19:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

17:56. Bakı şəhəri, Xətai rayonunda şadlıq evinin çardağında yerləşən hava təmizləyici sistemin şüşə-pambıq izolyasiyası 3 kv.m. yanmışdır. Yanğın saat 18:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

18:42. Gədəbəy rayonunda ümumi sahəsi 270 kv.m. olan evin 2-ci mərtəbəsi 30 kv.m. sahədə yanmışdır. Yanğın saat 19:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;