Назад

29 noyabr 2008-ci il, saat 00:00-dək

21:51. Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 15 kv.m. olan tikili əşyalarla birlikdə yanmışdır. Yanğın saat 22:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

22:15. Bakı şəhəri, Sabunçu rayonunda gücü 6 kVt olan transformatorun sarğıları və yağı yanmışdır. Yanğın saat 22:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Назад

29 noyabr 2008-ci il, saat 19:00-dək

16:39. Bakı şəhəri, Nərimanov rayonunda tikintisi başa çatmamış binanın zirzəmisinə yığılmış şüşə-pambıq üzlük 20 kv.m. sahədə yanmışdır. Yanğın saat 17:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

18:07. Salyan rayonunda neft quyusunda yanğın baş vermişdir. Alovun hündürlüyü təxminən 25-30 metrə çatmışdır. Yanğın nəticəsində yaxınlıqda olan yük avtomobilinin yanar hissələri yanmışdır. Yanğın saat 02:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

18:40. Şamaxı rayonunda gücü 6 kVt olan transformatorun yağ açarı yanmışdır. Yanğın saat 18:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Назад

29 noyabr 2008-ci il, saat 14:00-dək

00:17. Zaqatala rayonunda ümumi sahəsi 64 kv.m. olan tövlənin damı və içərisinə yığılmış 4 ton ot bağlaması yanmışdır. Yanğın saat 02:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

02:56. Şəki şəhərində ümumi sahəsi 144 kv.m. olan tövlənin çardağı və içərisinə yığılmış 3 ton bağlaması yanmışdır. Yanğın saat 05:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

09:05. Şəmkir rayonunda ümumi sahəsi 120 kv.m. olan 1 mərtəbəli evin tavanı və pəncərəsi 10 kv.m. sahədə yanmışdır. Yanğın zamanı evdə olan və müxtəlif dərəcəli yanıq xəsarətləri almış 2 nəfərə hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən müvafiq yardım göstərilmişdir. Yanğın saat 10:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

13:43. Bakı şəhəri, Sabunçu rayonunda həyətyanı sahədə 6 ton ot bağlaması yanmışdır. Yanğın saat 14:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;