Назад

28 noyabr 2008-ci il, saat 00:00-dək

20:55. Sumqayıt şəhərində yaşayış binasında elektrik lövhəsi yanmışdır. Yanğın saat 21:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

22:40. Yasamal rayonunda orta tutumlu sərnişin avtobusunun yanar hissələri yanmışdır. Yanğın saat 22:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

23:14. Bakı şəhəri, Yasamal rayonunda 1 yeniyetmə oğlan yaşadığı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər binanın 2-ci mərtəbəsinə qalxaraq pəncərədən mənzilə daxil olmuş və yeniyetməyə müvafiq köməklik göstərmişlər. Əməliyyatı saat 23:34-də başa çatmışdır.

Назад

28 noyabr 2008-ci il, saat 19:00-dək

14:44. Cəlilabad rayonunda ümumi sahəsi 252 kv.m. olan 2 mərtəbəli fərdi yaşayış evinin çardağı və dam örtüyü yanmışdır. Yanğın saat 15:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

15:03. Bakı şəhəri, Nərimanov rayonunda kiçik tutumlu sərnişin avtobusunun salonu yanmışdır. Yanğın saat 15:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

17:14. Mingəçevir şəhərində ümumi sahəsi 18 kv.m. olan tikili 6 kv.m. sahədə əşyalarla birlikdə yanmışdır. Yanğın saat 17:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Назад

28 noyabr 2008-ci il, saat 14:00-dək

10:54. Dəvəçi rayonunda həyətyanı sahədə 30 ton ot bağlaması yanmışdır. Yanğın saat 13:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

13:04. Mingəçevir şəhərində ümumi sahəsi 100 kv.m. olan mənzilin tavanı 5 kv.m. sahədə yanmışdır. Yanğın saat 13:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Назад

28 noyabr 2008-ci il, saat 09:00-dək

01:52. Ağcabədi rayonunda ümumi sahəsi 120 kv.m. olan qarajın tavanı 40 kv.m. sahədə yanmışdır. Yanğın saat 03:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

02:36. Şəki şəhərində ümumi sahəsi 100 kv.m. olan çayxananın dam örtüyü və içərisində olan əşyalar 40 kv.m. sahədə yanmışlar. Yanğın saat 03:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;