Back

İlham Əliyev Xızıda Müalicə-Diaqnostika Mərkəzinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Xızı rayonuna səfəri çərçivəsində Müalicə-Diaqnostika Mərkəzinin açılışında iştirak etmişdir. Açılış mərasiminə toplaşan rayon ictimaiyyətinin nümayəndələri və mərkəzin kollektivi dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev dövlətimizin başçısına məlumat verdi ki, şirkət tərəfindən inşa olunan bu müasir səhiyyə ocağı dördmərtəbəli əsas korpusdan və yardımçı binalardan ibarətdir.

Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdikdən sonra mərkəzlə tanış oldu.

Binanın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin səhiyyənin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşələr yaradılmışdır.

Prezidentə məlumat verildi ki, burada əsas korpusda regional və yerli konfransların, müxtəlif tədbirlərin keçirilməsi üçün 155 nəfərlik akt zalı inşa olunmuşdur.

Mərkəzdə qəbul və hemodializ, əməliyyat bloku, stasionar və reanimasiya şöbələri, konsultativ diaqnostika poliklinikası vardır. Müayinə və müalicəni daha da sadələşdirmək məqsədilə qəbul və hemodializ şöbələri birinci, konsultativ diaqnostika poliklinikası ikinci, stasionar və reanimasiya şöbələri isə üçüncü mərtəbədə yerləşdirilmişdir. Hemodializ şöbəsində beş hemodializ aparatı quraşdırılmışdır. Onlardan biri ayrıca otaqda qoyulmuş və infeksion xəstələr üçün nəzərdə tutulmuşdur. Şüa-diaqnostika şöbəsi kompyuter tomoqraf və rentgen aparatları ilə təchiz olunmuşdur. Konsultativ diaqnostika poliklinikasında bütün növ xəstəliklərin müayinəsi və müalicəsi üçün kabinetlər yaradılmışdır. Endoskopik kabinet tibbin ən son nailiyyətlərinin məhsulu olan fibroqastroskop və kolonoskopla təchiz olunmuşdur.

Mərkəzin laboratoriyasında biokimyəvi, mikrobioloji, hematoloji və immunoloji-seroloji analizlərin aparılması mümkündür. Stasionar şöbədə hər biri iki çarpayılıq 10 palata var. Əməliyyat blokunda xaricdə istehsal olunan yüksək keyfiyyətli tibbi avadanlıq quraşdırılmışdır.

Mərkəzdə 205 nəfər daimi işlə təmin ediləcəkdir.

Mərkəzdə yaradılmış şəraitdən razılığını bildirən Prezident İlham Əliyev əhaliyə yüksək tibbi xidmətin göstərilməsi ilə bağlı tövsiyə və tapşırıqlarını verdi.

Müalicə-Diaqnostika Mərkəzi ilə tanışlıqdan sonra dövlətimizin başçısı səhiyyə ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.

Information of MES’s Press-service

A decision was made by the Ministry of Emergency Situations of the Republic of Azerbaijan to send food cargo for humanitarian purposes to meet the needs of the Armenian residents living in Azerbaijan’s Karabakh region. ...

Read more

Information of MES’s Press-service (video)

Ministry of Emergency Situations of the Republic of Azerbaijan continues to fulfill its responsibilities, including the protection of the population and territories from natural and man-made emergency situations. ...

Read more

Illegal constructions prevented by the Ministry of Emergency Situations (video, photo)

The State Agency for Control over Safety in Construction of the Ministry of Emergency Situations continues to implement measures on illegal constructions in the territory of the republic. ...

Read more