Back

İlham Əliyev Çinin kommersiya nazirinin müavini Conq Şanı qəbul etmişdir

Prezident İlham Əliyev Çin Xalq Respublikasının kommersiya nazirinin müavini, Azərbaycan-Çin hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının həmsədri Conq Şanı qəbul etmişdir.

Dövlət başçısı Çin ilə Azərbaycan arasında əlaqələrin bütün sahələrdə inkişafından məmnunluğunu bildirdi. İki ölkə arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın da razılıq doğurduğunu söylədi. İqtisadi əlaqələrə toxunan dövlətimizin başçısı energetika, kənd təsərrüfatı, turizm və infrastruktur layihələrinin reallaşdırılması sahələrində əməkdaşlığı inkişaf etdirmək üçün yaxşı potensialın olduğunu vurğuladı. Dövlətimizin başçısı Azərbaycan-Çin hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının iclaslarının mütəmadi keçirilməsinin əlaqələrin genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi baxımından əhəmiyyətini qeyd etdi.

Conq Şan Çin Xalq Respublikasının sədri Hu Szintaonun salamlarını dövlətimizin başçısına çatdırdı. Qonaq ölkəmizdəki yüksək iqtisadi inkişaf proseslərinin onda böyük təəssürat yaratdığını söylədi. Azərbaycanın Cənubi Qaqfqazda Çin üçün çox mühüm tərəfdaş olduğunu vurğulayan Conq Şan ölkəsinin Azərbaycanın müxtəlif sahələrinə, o cümlədən qeyri-neft sektoruna investisiya qoyuluşunda maraqlı olduğunu dedi.

Prezident İlham Əliyev Çin Xalq Respublikasının sədri Hu Szintaonun salamlarına görə minnətdarlığını bildirdi, özünün də salamlarını Çinin dövlət başçısına çatdırmağı xahiş etdi.

The 3rd meeting of the Joint Economic, Trade and Technical Commission between the Government of the Republic of Azerbaijan and the Government of the State of Qatar held

On October 18, 2021, the 3rd meeting of the Joint Economic, Trade and Technical Commission between the Government of the Republic of Azerbaijan and the Government of the State of Qatar was held at the Ministry of Emergency Situations....

Read more

Meeting held with cadets and their parents at the Academy of the Ministry of Emergency Situations

Opening the meeting, the chief of the Academy, Major-General Baba Salayev, congratulated the parents of the cadets and thanked them for the decision to send their children to study at the MES Academy. ...

Read more

Information of MES’s Press-service (video)

As reported, necessary measures were taken by the forces of the Ministry of Emergency Situations, including the State Fire Protection Service, Civil defense troops, Special Risky Rescue Service, Aviation Unit and the relevant forces of the North-west Regional Center to eliminate the consequences of short-term floods......

Read more