Back

İlham Əliyev Pakistanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

Prezident İlham Əliyev Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İnayatullah Kakarın etimadnaməsini qəbul etmişdir.

Səfir fəxri qarovul dəstəsinin önündən keçdi. İnayatullah Kakar etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Azərbaycanla Pakistanın yaxın və dost ölkələr olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında münasibətlərin müttəfiqlik səviyyəsində olduğunu dedi. İkitərəfli münasibətlərin uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev bütün beynəlxalq təşkilatlarda ölkələrimizin bir-birini dəstəkləməsinin önəmini vurğuladı. Azərbaycanla Pakistan arasında siyasi əlaqələri daha da möhkəmləndirməyin vacibliyini xatırladan dövlətimizin başçısı iqtisadi əlaqələrin inkişafı üçün də yaxşı potensialın olduğunu bildirdi. Prezident İlham Əliyev İnayatullah Kakarın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə ikitərəfli əlaqələrin daha da genişlənəcəyinə əminliyini söylədi və səfirə fəaliyyətində uğurlar arzuladı.

Səfir İnayatullah Kakar Pakistan İslam Respublikası rəhbərliyinin salamlarını Azərbaycan dövlətinin başçısına çatdırdı. O, ikitərəfli əlaqələrin səviyyəsinin razılıq doğurduğunu vurğulayaraq, iqtisadi əlaqələrin inkişafı üçün də geniş imkanların olduğunu dedi. Pakistanlı diplomat ölkəmizdəki diplomatik fəaliyyəti dövründə münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğuladı.

Dövlət başçısı Pakistan İslam Respublikası rəhbərliyinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Pakistanın dövlət rəhbərlərinə çatdırmağı xahiş etdi.

The 3rd meeting of the Joint Economic, Trade and Technical Commission between the Government of the Republic of Azerbaijan and the Government of the State of Qatar held

On October 18, 2021, the 3rd meeting of the Joint Economic, Trade and Technical Commission between the Government of the Republic of Azerbaijan and the Government of the State of Qatar was held at the Ministry of Emergency Situations....

Read more

Meeting held with cadets and their parents at the Academy of the Ministry of Emergency Situations

Opening the meeting, the chief of the Academy, Major-General Baba Salayev, congratulated the parents of the cadets and thanked them for the decision to send their children to study at the MES Academy. ...

Read more

Information of MES’s Press-service (video)

As reported, necessary measures were taken by the forces of the Ministry of Emergency Situations, including the State Fire Protection Service, Civil defense troops, Special Risky Rescue Service, Aviation Unit and the relevant forces of the North-west Regional Center to eliminate the consequences of short-term floods......

Read more