Back

İlham Əliyev Rumıniyanın ölkəmizdəki səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir

Prezident İlham Əliyev Rumıniyanın ölkəmizdəki səfiri Nikolae Urekeni diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Azərbaycanla Rumıniya arasında ikitərəfli münasibətlərin inkişafından danışan səfir Nikolae Ureke bu münasibətlərin genişlənməsində dövlət başçılarının imzaladıqları strateji tərəfdaşlığın yerinə yetirilməsi üçün Birgə fəaliyyət planının önəmini vurğuladı. Rumıniyalı diplomat Azərbaycan Prezidenti İlham Əliyev ilə Rumıniya Prezidenti Trayan Besesku arasındakı yaxın dostluq əlaqələrinin ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığını dedi. Nikolae Ureke ölkəmizdəki fəaliyyətinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev Azərbaycan ilə Rumıniya arasında əlaqələrin sürətlə inkişaf etdiyini bildirdi, ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini vurğuladı. Səfir Nikolae Urekenin qarşılıqlı münasibətlərin genişlənməsinə verdiyi töhfəni yüksək qiymətləndirən Prezident İlham Əliyev onun Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı çərçivəsində fəaliyyətini xüsusi qeyd etdi. Dövlət başçılarının imzaladıqları strateji tərəfdaşlığın yerinə yetirilməsinə dair sənədin əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev ikitərəfli əlaqələrin qarşılıqlı maraqlara əsaslandığını bildirdi.

Dövlət başçısı səfirə gələcək fəaliyyətində uğurlar arzuladı.

The 3rd meeting of the Joint Economic, Trade and Technical Commission between the Government of the Republic of Azerbaijan and the Government of the State of Qatar held

On October 18, 2021, the 3rd meeting of the Joint Economic, Trade and Technical Commission between the Government of the Republic of Azerbaijan and the Government of the State of Qatar was held at the Ministry of Emergency Situations....

Read more

Meeting held with cadets and their parents at the Academy of the Ministry of Emergency Situations

Opening the meeting, the chief of the Academy, Major-General Baba Salayev, congratulated the parents of the cadets and thanked them for the decision to send their children to study at the MES Academy. ...

Read more

Information of MES’s Press-service (video)

As reported, necessary measures were taken by the forces of the Ministry of Emergency Situations, including the State Fire Protection Service, Civil defense troops, Special Risky Rescue Service, Aviation Unit and the relevant forces of the North-west Regional Center to eliminate the consequences of short-term floods......

Read more