Back

FHN Bakı Regional Mərkəzi maarifləndirmə tədbirləri keçirir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi yay çimərlik mövsümü ilə əlaqədar Bakı şəhərində silsilə maarifəndirmə tədbirlərinin keçirilməsinə başlamışdır.

Belə ki, 2011-ci il iyun ayının 21-də Qaradağ Rayon İcra Hakimiyyəti ilə birgə "Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi" mövzusunda müşavirə keçirilmişdir.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri, rayon təşkilatlarının, Qaradağ rayonunun dənizkənarı ərazisində yerləşən çimərliklərdə fəaliyyət göstərən təşkilat və obyektlərin rəhbərləri iştirak etmişlər.

Müşavirədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 oktyabr 1998-ci il tarixli 216 nömrəli Qərarı ilə qüvvəyə minmiş "Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları haqqında Əsasnamə"dən irəli gələn vəzifələr, cari yay mövsümündə əhalinin istirahəti üçün lazımi şəraitin yaradılması və bədbəxt hadisələrin qarşısının alınması istiqamətində qarşıda duran məsələlər müzakirə edilmişdir.

FHN-in Bakı Regional Mərkəzinin rəis müavini tibb xidməti polkovniki Cəfər Məmmədov "Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və onun struktur bölmələri", Bakı Regional Mərkəzinin Operativ reaksiyavermə və əməliyyat planlaşdırma idarəsinin operativ məlumat şöbəsinin rəisi-idarə rəisinin müavini polkovnik-leytenant Vaqif Teymurov "Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları", FHN Dövlət Sularda Xilasetmə Xidmətinin təbliğat və təşkilat sektorunun müdiri Mənsur Piriyev "Dövlət Sularda Xilasetmə Xidmətinin fəaliyyət istiqamətləri, yay çimərlik mövsümündə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları" mövzularında çıxış edərək tədbir iştirakçılarına zəruri nəzəri məlumatları çatdırmış və praktik tövsiyələr vermişlər. Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis əvəzi Namizəd İsmayılov "Yay mövsümü ərzində əhalinin mənalı istirahətinin təşkili məqsədilə çimərlik sahələrində görülən işlər haqqında" və Bakı Şəhər Təxirəsalınmaz Təcili Tibbi Yardım Stansiyasının 15 saylı köməkçi stansiyasının müdiri Sevil Əliyeva "Çimərlik sahələrində əhaliyə tibbi xidmətin göstərilməsi" mövzularında çıxış edərək rayonun çimərlik mövsümünə hazırlıq vəziyyəti haqqında məlumat vermiş və vətəndaşların dənizkənarı kütləvi istirahət yerlərində mümkün bədbəxt hadisələrin qarşısının alınması üçün zəruri tədbirlərin görüldüyünü diqqətə çatdırmışdır.

A range of awareness-raising events held for small-sized ships users

The State Service for Control over Small-Sized Vessels and Water Rescue of the Ministry of Emergency Situations held a range of events to raise awareness of small-sized ship users about the relevant safety rules. ...

Read more

MES Sumgayit Regional Center holds awareness-raising events in forest areas and recreation centers

The Sumgayit Regional Center of the Ministry of Emergency Situations held awareness-raising events on "Fire safety rules" in forest areas and recreation centers located in the territory of Khizi district. ...

Read more

Information of MES’s Press-service

Ministry of Emergency Situations of the Republic of Azerbaijan continues to fulfill its responsibilities, including the protection of the population and territories from natural and man-made emergency situations. ...

Read more