28-29 aprel 2011-ci il tarixlərində fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Nazirliyin nümayəndə heyəti Koreya Respublikasının Fövqəladə Halların İdarə olunması Milli Agentliyinin rəhbəri Park Yeon Sunun dəvəti ilə həmin ölkədə rəsmi səfərdə olmuşdur.
Səfər çərçivəsində Koreya Respublikasının Fövqəladə Halların İdarə olunması Milli Agentliyinin rəhbəri Park Yeon Sunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti arasında geniş tərkibli görüş olmuşdur.
Görüşdə hər iki qurum arasındakı mövcud əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi barəsində müzakirələr keçirilmişdir. Həmçinin, 23 aprel 2007-ci il tarixində Seul şəhərində imzalanmış "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Koreya Respublikası Fövqəladə Halların İdarə olunması Milli Agentliyi arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun müddəalarının yerinə yetirilməsi məsələləri nəzərdən keçirilmişdir.
Səfər çərçivəsində Koreya Respublikası Fövqəladə Halların İdarə olunması Milli Agentliyinin strukturuna daxil olan bir sıra qurumların fəaliyyəti ilə də tanışlıq olmuşdur. Həmçinin, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində müxtəlif avadanlıqların istehsalı ilə məşğul olan bir sıra Koreya şirkətlərinin nümayəndələri ilə də görüş olmuşdur.
The date of reception of citizens in Khizi city by the Minister of Emergency Situations of the Republic of Azerbaijan Kamaladdin Heydarov scheduled for December 08, 2023 has been changed. Additional information on the date of reception will be provided...
Read moreThe "112" hotline of the Ministry of Emergency Situations received information about the need for rescue assistance due to the traffic accident in Gakh city. ...
Read moreMinistry of Emergency Situations of the Republic of Azerbaijan continues to fulfill its responsibilities, including the protection of the population and territories from natural and man-made emergency situations. ...
Read more