Back

FHN Aran Regional Mərkəzinin növbəti maarifləndirici tədbiri Ucar rayonunda keçirilib

28 oktyabr 2011-ci il tarixində FHN Aran Regional Mərkəzi tərəfindən Ucar rayonunda “Yanğın təhlükəsizliyinin təşkili” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Ucar şəhər 1 nömrəli Texniki-humanitar təmayüllü məktəb-liseydə keçirilən tədbirdə Ucar rayon Təhsil şöbəsinin əməkdaşları, təhsil müəssisələrində çalışan müəlilmlər və şagirdlər iştirak etmişdir.

Məruzəçilər fövqəladə halların təsnifatı haqqında tədbir iştirakçılarına məlumat vermiş, xüsusilə baş verən yanğınların səbəbləri, yanğın təhlükəsizliyinin təmin edilməsi barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişlər. Natiqlər Ucar rayonunda son vaxtlar baş vermiş yanğın hadisələrindən danışmış və qeyd etmişlər ki, köhnəlmiş elektrik naqilləri, qeyri-standart elektrik cihazlarından istifadə yanğınların baş verməsinə şərait yaradır, şəhər yerlərində isə ictimai yaşayış binalarının tüstü borularının vaxtında təmizlənməməsi dəm qazından zəhərlənmələrə gətirib çıxarır.

Sonda tədbirdə iştirak edən Aran Regional Mərkəzinin və Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları görüş iştirakçılarını maraqlandıran  bir çox sualları cavablandırdılar.

Information of MES’s Press-service

Ministry of Emergency Situations of the Republic of Azerbaijan continues to fulfill its responsibilities, including the protection of the population and territories from natural and man-made emergency situations. ...

Read more

Blood donation campaign held at Ministry of Emergency Situations

A voluntary blood donation campaign was held by the Ministry of Emergency Situations within the Heydar Aliyev Foundation's "For Life without Thalassemia" program. ...

Read more

Illegal constructions demolished by the Ministry of Emergency Situations (video, photo)

The State Agency for Control over Safety in Construction of the Ministry of Emergency Situations continues to implement relevant measures on illegal constructions in the territory of the republic within its competence. ...

Read more