Back

23 oktyabr 2011-ci il tarixində Bakı vaxtı ilə saat 15:41-də Türkiyənin şərqində episentri Van şəhərindən 42 km şimalda olmaqla 7,2 bal gücündə zəlzələ baş verib

Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə Fövqəladə Hallar Nazirliyinin 145 nəfər xilasedicisi xilasetmə avdanlıqları və xüsusi təlim keçmiş itləri ilə eyni zamanda özlərinin fəaliyyətini təmin edəcək avadanlıq və ehtiyyatlarla birlikdə İL-76 markalı təyyarə ilə 23 oktyabr 2011-ci il tarixində Bakı vaxtı ilə saat 22:45-də Türkiyə Respublikasının Van şəhərinə yola düşmüşdür.

Təqribən 3 saat sonra 2 -ci təyyarənin fəlakət bölgəsinə yola düşməsi gözlənilir. 2-ci təyyarə ilə fəlakət bölgəsinə 250 çadır, 3000 ədəd ədyal, 700 ədəd səhra yataq dəsti, 2000 ədəd yataq dəsti, 2 ədəd səhra mətbəxi və əlavə 20 nəfər xidmətedici personalın göndərilməsi planlaşdırılır.

Yardımlar davam etdirilir.



23 oktyabr 2011-ci il tarixində Bakı vaxtı ilə saat 15:41-də Türkiyənin şərqində episentri Van şəhərindən 42 km şimalda olmaqla 7,2 bal gücündə zəlzələ baş verib. Yeraltı titrəyişlər Diyarbəkir, Batman, Şırnak, Muş, Ərzurum, Bingöl, Bitlis, Siirt, Mardin şəhərlərində hiss edilib. Dağıntıların olduğu və eyni zamanda  dağıntılar altında insanların qaldığı bildirilir.

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata əsasən, zəlzələ Azərbaycan Respublikası Naxçıvan MR-nın Sədərək, Şərur, Babək rayonlarında eləcə də Naxçıvan şəhərində 3.5-3.0 bal gücündə hiss edilib. Azərbaycan ərazisində dağıntılar yoxdur.

Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə Fövqəladə Hallar Nazirliyinin 120 nəfərdən ibarət xilasedici dəstəsi müvafiq avadanlıqlar və xüsusi təlim keçmiş itlərlə 23 oktyabr 2011-ci il tarixində saat 20:00-da zəlzələ bölgəsinə yola düşəcəkdir.

Information of MES’s Press-service

A decision was made by the Ministry of Emergency Situations of the Republic of Azerbaijan to send food cargo for humanitarian purposes to meet the needs of the Armenian residents living in Azerbaijan’s Karabakh region. ...

Read more

Information of MES’s Press-service (video)

Ministry of Emergency Situations of the Republic of Azerbaijan continues to fulfill its responsibilities, including the protection of the population and territories from natural and man-made emergency situations. ...

Read more

Illegal constructions prevented by the Ministry of Emergency Situations (video, photo)

The State Agency for Control over Safety in Construction of the Ministry of Emergency Situations continues to implement measures on illegal constructions in the territory of the republic. ...

Read more