Geri

05 fevral 2024-cü il saat 17:40-dək:

Abşeron rayonunun Masazır qəsəbəsində yeddimərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

Geri

05 fevral 2024-cü il saat 12:45-dək:

Sabirabad rayonunun Əhmədabad kəndində ümumi sahəsi 100 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

05 fevral 2024-cü il saat 12:30-dək:

Lerik rayonunun Brkandul kəndində ümumi sahəsi 75 m² olan tövlənin yanar konstruksiyaları və çardağına yığılan 7 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

05 fevral 2024-cü il saat 11:30-dək:

Şəmkir şəhərində ümumi sahəsi 150 m² olan tövlənin yanar konstruksiyaları 60 m² sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

05 fevral 2024-cü il saat 11:25-dək:

Şəki şəhərinin Turan qəsəbəsində ikimərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 155 m² olan 4 otaqlı mənzilin yanar konstruksiyaları 90 m² sahədə, ümumi sahəsi 125 m² olan 4 otaqlı mənzilin yanar konstruksiyaları 90 m² sahədə, binanın ikinci mərtəbəsində hər birinin sahəsi 155 m² olan 4 otaqlı iki mənzilin yanar konstruksiyaları 180 m² sahədə yanıb. Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

05 fevral 2024-cü il saat 09:25-dək:

Zaqatala rayonunun Aşağı Tala kəndində ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

05 fevral 2024-cü il saat 08:50-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qusar rayonunda (Qusar-Quba avtomobil yolunun 4-cü kilometrliyi) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “ВАЗ” və “Opel” markalı iki minik avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Geri

05 fevral 2024-cü il saat 03:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kürdəmir rayonunun Atakişili kəndində 1 nəfərin quyuya düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin həmin əraziyə ən yaxın xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Dövlət Yanğından Mühafizə Xidmətinin xilasetmə qüvvələri tərəfindən keçirilən xilasetmə əməliyyatı nəticəsində dərinliyi təqribən 1 metr olan quyudan (içərisində su olmayan) 1 nəfər xilas olunaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Geri

05 fevral 2024-cü il saat 03:20-dək:

Şəmkir rayonunun Aşağı seyfəli kəndində ümumi sahəsi 49 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

05 fevral 2024-cü il saat 03:15-dək:

Zərdab rayonunun Məlikli kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 9 m² sahədə və dam örtüyü 5 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

05 fevral 2024-cü il saat 03:00-dək:

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 200 m² olan fermanın dam örtüyünün yanar konstruksiyaları yanıb. Fermanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.