Geri

15 fevral 2024-cü il saat 13:15-dək:

Ağcabədi rayonunun Şahsevən Təzəkənd kəndində ümumi sahəsi 180 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə və içərisində olan əşyalar yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

15 fevral 2024-cü il saat 09:00-dək

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində üç halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3 nəfərə müvafiq köməklik göstərilib.

Geri

15 fevral 2024-cü il saat 07:15-dək:

Zərdab şəhərində ümumi sahəsi 8 m² olan hinin yanar konstruksiyaları 6 m² sahədə yanıb. Hinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

15 fevral 2024-cü il saat 07:10-dək:

Masallı rayonunun Ağakişibəyli kəndində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları 180 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

15 fevral 2024-cü il saat 07:05-dək:

Ağdam rayonunun Quzanlı qəsəbəsində ümumi sahəsi 20 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

15 fevral 2024-cü il saat 07:00-dək:

Ağstafa rayonunun Köçvəlili kəndində ümumi sahəsi 50 m² olan talvarın yanar konstruksiyaları 40 m² sahədə və altına yığılan 10 ton ot bağlamasının 4 tonu yanıb. Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

15 fevral 2024-cü il saat 03:15-dək

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 2 nəfər uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşaqların xilas olunması təmin edilib.

Geri

15 fevral 2024-cü il saat 00:35-dək:

Lənkəran şəhərində “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

15 fevral 2024-cü il saat 00:30-dək:

Sabirabad rayonunun Xankeçən kəndində ümumi sahəsi 160 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.