Geri

13 fevral 2024-cü il saat 18:05-dək:

Şəmkir şəhərində dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 10 m² sahədə yanıb. Yüksək temperaturdan hamam otağının lambirdən ibarət tavanı 1 m² sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

13 fevral 2024-cü il saat 18:00-dək:

Neftçala rayonunun Xol Qarabucaq kəndində ümumi sahəsi 135 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisinə yığılan 20 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

13 fevral 2024-cü il saat 17:55-dək:

Goranboy rayonunun Qızılhacılı qəsəbəsində ümumi sahəsi 140 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 110 m² sahədə və dam örtüyü 140 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

13 fevral 2024-cü il saat 17:50-dək:

Sabirabad rayonunun Nizami kəndində ümumi sahəsi 110 m² olan qamışdan ibarət tövlənin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

13 fevral 2024-cü il saat 17:45-dək:

Abşeron rayonunun Novxanı kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

13 fevral 2024-cü il saat 17:40-dək:

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 1300 m² olan birmərtəbəli anbarın dam örtüyünün taxta atmaları 80 m² sahədə yanıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

13 fevral 2024-cü il saat 11:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaş halsız vəziyyətdə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Geri

13 fevral 2024-cü il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində üç halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3 nəfərə müvafiq köməklik göstərilib.

Geri

13 fevral 2024-cü il saat 08:00-dək:

Sumqayıt şəhərində (Bakı-Quba avtomobil yolunun 48-ci kilometrliyi) ümumi sahəsi 15 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Geri

13 fevral 2024-cü il saat 07:45-dək:

Balakən şəhərində ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

13 fevral 2024-cü il saat 07:30-dək:

Qusar rayonunun Hil kəndində ümumi sahəsi 600 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılan 9 ton ot bağlaması yanıb. Tövlənin içərisinə yığılan buğda yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.