Geri

29 sentyabr 2023-cü il saat 18:30-dək:

Füzuli rayonunun Böyük Bəhmənli kəndində həyətyanı sahəyə yığılan 36 ton ot bağlamasının 10 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

29 sentyabr 2023-cü il saat 17:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Lənkəran şəhərində 1 nəfər uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.

Geri

29 sentyabr 2023-cü il saat 17:20-dək:

Ağcabədi rayonunun Qaradolaq kəndində ümumi sahəsi 40 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Göyçay rayonunun İkinci Ərəbcəbirli kəndində tikintisi başa çatmayan, ümumi sahəsi 190 m² olan birmərtəbəli 6 otaqlı evin dam örtüyünün taxta atmaları 75 m² sahədə, 1 otağının döşəməsi 25 m² sahədə, içərisinə yığılan 2 ton ot bağlaması və plastikdən ibarət pəncərə çərçivəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 sentyabr 2023-cü il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində bir halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərə müvafiq köməklik göstərilib.

Geri

29 sentyabr 2023-cü il saat 08:00-dək:

Gəncə şəhərində "İsuzu" markalı sərnişin avtobusunun yanar hissələri yanıb. Yaxınlıqdakı avtobuslar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 sentyabr 2023-cü il saat 03:30-dək:

Şəmkir rayonunun Düyərli kəndində həyətyanı ərazidə ümumi sahəsi 50 m² olan mətbəxin yanar konstruksiyaları, bitişik sahəsi 200 m² olan 6 otaqlı evin 3 otağının tavanı 120 m² sahədə və bitişik sahəsi 200 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 150 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 sentyabr 2023-cü il saat 01:30-dək:

Samux rayonunun Sərkar kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Nəsimi rayonunda “Kia” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sumqayıt şəhərində avtomobil təmiri sexinin ərazisində təmirə dayanan "Hyundai" markalı minik avtomobilinin salon hissəsi, bitişik ümumi sahəsi 70 m² olan kafenin dam örtüyünün taxta atmaları 4 m² sahədə və kafenin xarici divarından keçən elektrik kabeli 6 p.m yanıb. Avtomobilin, kafenin qalan hissəsi və avtomobil təmiri sexi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.