Geri

29 sentyabr 2023-cü il saat 17:20-dək:

Ağcabədi rayonunun Qaradolaq kəndində ümumi sahəsi 40 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Göyçay rayonunun İkinci Ərəbcəbirli kəndində tikintisi başa çatmayan, ümumi sahəsi 190 m² olan birmərtəbəli 6 otaqlı evin dam örtüyünün taxta atmaları 75 m² sahədə, 1 otağının döşəməsi 25 m² sahədə, içərisinə yığılan 2 ton ot bağlaması və plastikdən ibarət pəncərə çərçivəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 sentyabr 2023-cü il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində bir halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərə müvafiq köməklik göstərilib.

Geri

29 sentyabr 2023-cü il saat 08:00-dək:

Gəncə şəhərində "İsuzu" markalı sərnişin avtobusunun yanar hissələri yanıb. Yaxınlıqdakı avtobuslar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 sentyabr 2023-cü il saat 03:30-dək:

Şəmkir rayonunun Düyərli kəndində həyətyanı ərazidə ümumi sahəsi 50 m² olan mətbəxin yanar konstruksiyaları, bitişik sahəsi 200 m² olan 6 otaqlı evin 3 otağının tavanı 120 m² sahədə və bitişik sahəsi 200 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 150 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 sentyabr 2023-cü il saat 01:30-dək:

Samux rayonunun Sərkar kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Nəsimi rayonunda “Kia” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sumqayıt şəhərində avtomobil təmiri sexinin ərazisində təmirə dayanan "Hyundai" markalı minik avtomobilinin salon hissəsi, bitişik ümumi sahəsi 70 m² olan kafenin dam örtüyünün taxta atmaları 4 m² sahədə və kafenin xarici divarından keçən elektrik kabeli 6 p.m yanıb. Avtomobilin, kafenin qalan hissəsi və avtomobil təmiri sexi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.