Samux rayonunun Sərkar kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Bakı şəhərinin Nəsimi rayonunda “Kia” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Sumqayıt şəhərində avtomobil təmiri sexinin ərazisində təmirə dayanan "Hyundai" markalı minik avtomobilinin salon hissəsi, bitişik ümumi sahəsi 70 m² olan kafenin dam örtüyünün taxta atmaları 4 m² sahədə və kafenin xarici divarından keçən elektrik kabeli 6 p.m yanıb. Avtomobilin, kafenin qalan hissəsi və avtomobil təmiri sexi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.