Geri

28 sentyabr 2023-cü il saat 22:15-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Geri

28 sentyabr 2023-cü il saat 22:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Siyəzən rayonunda (Bakı-Quba avtomobil yolunun 108-ci kilometrliyi) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin həmin əraziyə ən yaxın xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Renault” və “Ford” markalı 2 yük avtomobili toqquşub, 3 nəfər yük avtomobilində sıxılmış vəziyyətdə qalıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfər yaralı vəziyyətdə, 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Geri

28 sentyabr 2023-cü il saat 22:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda giriş qapısının kilidlənməsi səbəbilə 2 nəfərin (uşaq) bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində mənzildə nəzarətsiz qalmış uşaqların xilas olunması təmin edilib.

Geri

28 sentyabr 2023-cü il saat 20:30-dək:

Ağdam rayonunun Quzanlı qəsəbəsində ümumi sahəsi 196 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxində 5 m² sahədə mebel yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

28 sentyabr 2023-cü il saat 18:30-dək:

Bakı şəhərinin Yasamal rayonunda “Ford” markalı yük avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 160 m² olan birmərtəbəli evə bitişik sahəsi 20 m² sanitar qovşağı və köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

28 sentyabr 2023-cü il saat 17:30-dək:

Cəlilabad rayonunun Dövlətalıbəyli kəndində ümumi sahəsi 20 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılan 1,5 ton ot bağlamasının 700 kiloqramı yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

28 sentyabr 2023-cü il saat 17:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəmkir şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “ВАЗ” markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Geri

28 sentyabr 2023-cü il saat 11:45-dək:

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Naxçıvan şəhərində giriş qapısının kilidlənməsi səbəbilə 1 nəfərin (uşaq) bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində mənzildə nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.

Geri

28 sentyabr 2023-cü il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində dörd halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 6 nəfərə müvafiq köməklik göstərilib.

Geri

28 sentyabr 2023-cü il saat 08:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəmkir rayonunun Qapanlı kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin həmin əraziyə ən yaxın xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford” markalı yük avtomobili idarəetməni itirərək yol kənarındakı dərəyə aşıb, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.