Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Mərkəzin əhatə etdiyi ərazi üzrə şəhər və rayon ümumtəhsil orta məktəblərinin və onlara bərabər tutulan təhsil müəssisələrinin mülki müdafiə fənnini tədris edən 2-ci, 5-ci və 6-cı sinif rəhbərləri üçün kurslar keçirilib.
Keçirilən tədbirlərdə FHN-in Gəncə Regional Mərkəzinin, yerli icra hakimiyyətlərinin məsul şəxsləri, Elm və Təhsil Nazirliyinin Gəncə-Daşkəsən və Qazax-Tovuz Regional Təhsil idarələrinin, şəhər və rayon Təhsil sektorlarının və regionda fəaliyyət göstərən mərkəzi xəstəxanaların əməkdaşları iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd məktəblərdə mülki müdafiəni tədris edən sinif rəhbərlərinin bu sahə üzrə bilik və bacarıqlarının artırılması olub.
Toplantıda iştirak edən dinləyicilərə fərdi mühafizə vasitələrindən istifadə, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, təxliyə planlarının hazırlanması qaydaları, mülki müdafiə, yanğın və texniki təhlükəsizlik tədbirləri haqqında ətraflı məlumatlar verilib, mövzularla bağlı hazırlanmış fotoslayd və videoçarxlar nümayiş olunub.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Respublika Baş Prokurorluğunun müraciəti və Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə “Müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin təşkilinin aktual problemləri” mövzusunda prokurorluq əməkdaşları üçün distant formada birgə təlim keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşəbbüsü ilə Qaradağ Rayon İcra Hakimiyyətində “Qaradağ rayonunda 2023-cü ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələr” və “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda müşavirə......
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. ...
Ardını oxu