Fövqəladə Hallar Nazirliyi və Suraxanı Gənclər Evinin birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə FHN-in məsul vəzifəli şəxsləri, Suraxanı Gənclər Evinin rəhbərliyi, Vətən müharibəsi iştirakçıları, Suraxanı Gənclər Evinin əməkdaşları, FHN akademiyasının professor-müəllim heyəti və kursantlar iştirak edib.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən 44 günlük Vətən müharibəsində ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə qazanılmış böyük Zəfərin əhəmiyyətindən danışılıb, qəhrəman şəhidlərimizin qanı bahasına başa gəlmiş, igid əsgər və zabitlərimizin misilsiz sücaəti nəticəsində əldə olunmuş qələbə ilə şanlı rəşadət salnaməsinin yazıldığı diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 27 sentyabr tarixinin Anım Günü kimi qeyd olunması Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Sonra tədbir bədii hissə ilə davam etdirilib. Kursantlar və Suraxanı Gənclər Evinin fəal gəncləri tərəfindən vətənpərvərliyi tərənnüm edən şeirlər səsləndirilib və Vətən müharibəsi haqqında qısa səhnəcik təqdim olunub.
Respublika Baş Prokurorluğunun müraciəti və Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə “Müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin təşkilinin aktual problemləri” mövzusunda prokurorluq əməkdaşları üçün distant formada birgə təlim keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşəbbüsü ilə Qaradağ Rayon İcra Hakimiyyətində “Qaradağ rayonunda 2023-cü ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələr” və “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda müşavirə......
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. ...
Ardını oxu