Geri
23 sentyabr 2023-cü il saat 14:00-dək:
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda 2 nəfər uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşaqların xilas olunması təmin edilib.
Geri
23 sentyabr 2023-cü il saat 07:45-dək:
Abşeron rayonunun Fatmayı kəndində ümumi sahəsi 100 m² olan bir dam altında tikilən birmərtəbəli müxtəlif təyinatlı obyektlərdən sahəsi 20 m² olan təndirxananın yanar konstruksiyaları və dam örtüyü 40 m² sahədə, bitişik ümumi sahəsi 30 m² olan külafirənginin taxta atmaları yanıb. Bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.