Geri

22 sentyabr 2023-cü il saat 20:25-dək:

Qax rayonunun Oncallı kəndində ümumi sahəsi 100 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 7 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Geri

22 sentyabr 2023-cü il saat 19:45-dək:

Şabran rayonunun Zeyvə kəndində ümumi sahəsi 148 m² olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin 1-ci mərtəbəsində 1 otağının, aynabəndinin yanar konstruksiyaları 44 m² sahədə, 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 68 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Geri

22 sentyabr 2023-cü il saat 14:45-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Pirallahı rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

 

Geri

22 sentyabr 2023-cü il saat 11:15-dək:

Bakı şəhərinin Binəqədi rayonunda “Mercedes” markalı sərnişin avtobusunun mühərrik hissəsi yanıb. Avtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.



Geri

22 sentyabr 2023-cü il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində üç halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1-i uşaq olmaqla 7 nəfərə müvafiq köməklik göstərilib.

Geri

22 sentyabr 2023-cü il saat 08:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşa müvafiq köməklik göstərilib.

Geri

22 sentyabr 2023-cü il saat 08:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Salyan rayonu, Parça Xələc kəndində hərəkətdə olan avtomobilin su kollektoruna düşməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Muğan Regional Mərkəzinin xilasediciləri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində “Ford” markalı avtomobildə sıxılı vəziyyətdə qalan 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Geri

22 sentyabr 2023-cü il saat 04:50-dək:

Goranboy rayonunun Əlirzalı kəndində həyətyanı sahədə 20 ton ot bağlamasının 6 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

22 sentyabr 2023-cü il saat 01:00-dək:

Goranboy rayonunun Əlirzalı kəndində ümumi sahəsi 20 m² olan dəmir konstruksiyalardan ibarət obyektin (çayxana kimi fəaliyyət göstərir) taxta atmaları və içərisinə yığılan əşyalar yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.