Geri

29 iyun 2023-cü il saat 21:45-dək:

Bakı şəhərinin Nizami rayonunda 50 m² sahədə quru ot, ağac kötükləri və 7 ədəd şam ağacı qismən yanıb. Yüksək temperaturdan yaxınlıqdakı şadlıq sarayının ərazisində ümumi sahəsi 80 m² olan birmərtəbəli qazanxananın plastikdən ibarət navalçası 3 p.m əriyib. Qazanxananın qalan hissəsi və 2 ədəd generator yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

29 iyun 2023-cü il saat 21:45-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin binaya bitişik artırma tikilinin damında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.  
Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. 
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşın xilas olunması təmin edilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin binaya bitişik artırma tikilinin damında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.  

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. 

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşın xilas olunması təmin edilib.


Geri

29 iyun 2023-cü il saat 21:30-dək:

Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 320 m² birmərtəbəli restoranın mətbəxində 1 ədəd fri aparatı yanıb. Restoran yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 iyun 2023-cü il saat 12:50-dək:

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 100 m² olan köməkçi tikilinin dam örtüyünün, tavanının yanar konstruksiyaları və içərisində olan ev əşyaları yanıb. Yüksək temperaturdan bitişik ümumi sahəsi 300 m² olan ikimərtəbəli evin dam örtüyünün lambirdən ibarət hissəsi əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 20 m² olan birmərtəbəli 1 otaqlı evdə 5 m² sahədə ev əşyaları yanıb. Yüksək temperaturdan evin lambirdən ibarət tavanı 10 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində “ПАЛЕССЕ” markalı kombaynın mühərrik hissəsi yanıb. Kombaynın qalan hissəsi və əkin sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 iyun 2023-cü il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində iki halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfərə müvafiq köməklik göstərilib.

Geri

29 iyun 2023-cü il saat 06:30-dək:

Ucar rayonunun Qazyan kəndində ümumi sahəsi 250 m² olan mağazanın içərisində ərzaq, uşaq malları 10 m² sahədə və 1 ədəd vitrin soyuducusu yanıb. Yüksək temperaturdan mağazanın içərisində 4 ədəd kondisioner və 1 ədəd televizor qarsalanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

29 iyun 2023-cü il saat 04:15-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə qaya parçalarının Bakı dairəvi avtomobil yoluna tökülməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı müəyyən olunub ki, iri qaya parçaları magistral avtomobil yolunun 7-ci kilometrliyində hər iki istiqamətdə hərəkət hissəsinə tökülərək avtomobil nəqliyyatının hərəkətinə maneə yaradıb, iki avtomobili zədələyib.

Aidiyyəti dövlət qurumları tərəfindən yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənməsi, avtomobillərin rahat və təhlükəsiz hərəkətinin təmin olunması üçün qısa müddətdə zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Geri

29 iyun 2023-cü il saat 02:45-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaş halsız vəziyyətdə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Geri

29 iyun 2023-cü il saat 01:45-dək:

Goranboy rayonunun Borsunlu kəndində ümumi sahəsi 169 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları və dam örtüyü 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.