Geri

05 may 2023-cü il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində bir halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərə müvafiq köməklik göstərilib.
Geri

05 may 2023-cü il saat 08:00-dək:

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 150 m² olan 5 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 40 m² sahədə yanıb. Yüksək temperaturdan 1 ədəd dolab və dəhlizin tavanı 20 m² sahədə qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən marketin içərisində 4 ədəd soyuducu və piştaxtaya yığılan mallar 20 m² sahədə yanıb. Marketin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.