Geri

04 may 2023-cü il saat 22:45-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonunda 1 nəfərin barmağında üzüyün sıxışması səbəbindən köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşa müvafiq köməklik göstərilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonunda 1 nəfərin barmağında üzüyün sıxışması səbəbindən köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşa müvafiq köməklik göstərilib.

Geri

04 may 2023-cü il saat 21:00-dək:

Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində ümumi sahəsi 500 m² olan neft tullantıları sahəsində yanğın baş verib. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın yaxınlıqdakı diametri 200 mm olan neft boru kəmərinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Geri

04 may 2023-cü il saat 17:00-dək:

Abşeron rayonunun Güzdək qəsəbəsində “Ford” markalı yük avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

04 may 2023-cü il saat 16:30-dək:

Şəmkir rayonunun Dəllər qəsəbəsində ümumi sahəsi 60 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

04 may 2023-cü il saat 07:45-dək:

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 250 m² olan birmərtəbəli, taxta konstruksiyadan ibarət müxtəlif təyinatlı obyektlərdən sahəsi 50 m² olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində təmirə dayanan “ВАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yüksək temperaturdan sexin qarşısında təmirə dayanan "Mercedes" və "Honda" markalı minik avtomobillərinin ön hissəsi, "Hyundai" markalı minik avtomobilinin arxa hissəsi yanıb. Tikilinin və avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Geri

04 may 2023-cü il saat 03:00-dək:

Saatlı rayonunun Qara Nuru kəndində ümumi sahəsi 28 m² olan köməkçi tikilinin qamışdan ibarət tavanı yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tikilinin içərisindən həcmi 50 litr olan 2 ədəd məişət qaz balonu təhlükəsiz əraziyə çıxarılıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Masallı rayonunun Ərkivan qəsəbəsində ümumi sahəsi 80 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.