Geri

04 may 2023-cü il saat 03:00-dək:

Saatlı rayonunun Qara Nuru kəndində ümumi sahəsi 28 m² olan köməkçi tikilinin qamışdan ibarət tavanı yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tikilinin içərisindən həcmi 50 litr olan 2 ədəd məişət qaz balonu təhlükəsiz əraziyə çıxarılıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Masallı rayonunun Ərkivan qəsəbəsində ümumi sahəsi 80 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.