Geri

31 may 2023-cü il saat 22:15-dək:

Xaçmaz rayonunda (Xaçmaz-Quba avtomobil yolunun 2-ci kilometrliyi) avtomobil yuma məntəqəsinin ərazisində ümumi sahəsi 12 m² olan dəmir konstruksiyadan ibarət gözətçi köşkünün penoplastdan ibarət üzlüyü və içərisində 6 ədəd avtomobil yuma aparatı yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Xaçmaz rayonunun Çiləgir kəndində ümumi sahəsi 54 m² olan talvarın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 46 m² olan 2 otaqlı mənzilin 1 otağında 1 ədəd yataq dəsti və 1 ədəd paltar dolabı 8 m² sahədə yanıb. Yanğın zamanı 9 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

31 may 2023-cü il saat 21:00-dək:

Kürdəmir rayonunun Topalhəsənli kəndində “T-28” markalı traktorun qoşqusuna yığılan 9 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi, qoşqu və yaxınlıqdakı biçilməmiş taxıl sahəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Qaradağ rayonunda ümumu sahəsi 100 m² olan, tikintisi başa çatmayan birmərtəbəli 2 otaqlı evin 1 otağının tavanı 2 m² sahədə, 1 ədəd qapı və 1 m² sahədə yığılan taxta tullantıları yanıb. Evin qalan hissəsi və yaxınlıqdan keçən qaz xətti yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

31 may 2023-cü il saat 20:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Geri

31 may 2023-cü il saat 20:15-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Göyçay şəhərində 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşa müvafiq köməklik göstərilib.

Geri

31 may 2023-cü il saat 19:00-dək:

Saatlı rayonunun Dəlilər kəndində ümumi sahəsi 48 m² olan tövlənin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

31 may 2023-cü il saat 18:45-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfər azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.

Geri

31 may 2023-cü il saat 15:45-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.

Geri

31 may 2023-cü il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində bir halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərə müvafiq köməklik göstərilib.

Geri

31 may 2023-cü il saat 08:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Geri

31 may 2023-cü il saat 00:45-dək:

Abşeron rayonunun Novxanı kəndində 100 m² sahədə məişət tullantıları və yaxınlıqda ümumi sahəsi 200 m² olan mağazanın sahəsi 30 m² olan anbarında elektrik lövhəsi yanıb. Yüksək temperaturdan anbarın lambirdən ibarət tavanı 30 m² sahədə əriyib. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 30 m² olan 1 otaqlı mənzildə 1 ədəd masa və 2 m² sahədə döşəmə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.