Geri

29 aprel 2023-cü il saat 18:00-dək:

Oğuz rayonunun Calut kəndində ümumi sahəsi 115 m² olan anbarın yanar konstruksiyaları 30 m² sahədə və içərisinə yığılan 2,2 ton ot bağlaması yanıb. Anbarın qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Geri

29 aprel 2023-cü il saat 17:00-dək:

Ağdaş rayonunun Orta Ləki kəndində ümumi sahəsi 240 m² olan tövlənin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 aprel 2023-cü il saat 15:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ağstafa rayonunda (Bakı-Qazax avtomobil yolunun 470-ci kilometrliyi) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “ВАЗ” və "Toyota" markalı iki minik avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Geri

29 aprel 2023-cü il saat 12:15-dək:

Bakı şəhərinin Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan 3 otaqlı mənzilin 1 otağında ev əşyaları qismən 3 m² sahədə və 1 ədəd elektrik qızdırıcısı yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 aprel 2023-cü il saat 11:30-dək:

Biləsuvar rayonunun Çaylı kəndində ümumi sahəsi 190 m² olan tövlənin çardağının yanar konstruksiyaları 25 m² sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 aprel 2023-cü il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı və Mingəçevir şəhərlərində iki halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 5 nəfərə müvafiq köməklik göstərilib.

Geri

29 aprel 2023-cü il saat 07:30-dək:

Ağsu rayonunun Kalva kəndində ümumi sahəsi 35 m² olan dəmir konstruksiyalardan ibarət vaqon tipli köşkün (çayxana kimi fəaliyyət göstərir) taxta üzlüyü və içərisində olan əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 aprel 2023-cü il saat 05:00-dək:

Bakı şəhərinin Xəzər rayonunda “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Sabunçu rayonunda “Volkswagen” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.