Geri

30 mart 2023-cü il saat 23:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.

Geri

30 mart 2023-cü il saat 19:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 


Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşa müvafiq köməklik göstərilib.

Geri

30 mart 2023-cü il saat 19:00-dək:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 130 m² olan birmərtəbəli 5 otaqlı evin dəhlizinin lambirdən ibarət tavanı 10 m² sahədə, həyətyanı ərazidə karton qutular 60 m² sahədə və "Муравей" markalı motosikletin yanar hissələri yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

30 mart 2023-cü il saat 17:45-dək:

Göyçay rayonunun Qaraməryəm kəndində ümumi sahəsi 72 m² olan tövlənin çardağının yanar konstruksiyaları və çardağına yığılan 0,6 ton ot bağlaması yanıb. Tövlənin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Cəlilabad rayonunun Əliabad kəndində ümumi sahəsi 70 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə və içərisinə yığılan 0,7 ton ot bağlaması yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

30 mart 2023-cü il saat 16:35-dək:

Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 15 m² olan avtomobil təmiri sexində təmirə dayanan “Tofaş” markalı minik avtomobilinin mühərrik hissəsi və idarəetmə lövhəsi qismən yanıb. Avtomobilin qalan hissəsi və sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

30 mart 2023-cü il saat 14:00-dək:

Şəmkir rayonunun Mahmudlu kəndində ümumi sahəsi 40 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ucar rayonunun Müsüslü kəndində ümumi sahəsi 100 m² olan tövlənin yanar konstruksiyaları 85 m² sahədə, çardağına yığılan 2 ton ot bağlaması və ərazidə 1 ha sahədə quru ot yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Şəmkir rayonunun Könüllü kəndində ümumi sahəsi 50 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və damına yığılan 2 ton ot bağlamasının 1 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Saatlı rayonunun Varxan kəndində ferma ərazisində ümumi sahəsi 230 m² olan tövlənin tavanı 65 m² sahədə və 800 m² sahədə qamışlıq ərazi yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağcabədi rayonunun Aşağı Avşar kəndində ferma ərazisində ümumi sahəsi 16 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və taxtadan ibarət çəpər 25 p.m yanıb. Ferma yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

30 mart 2023-cü il saat 11:55-dək:

Astara rayonunun Çükəş kəndində Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə 2 ha sahədə quru ot və kol-kos yanıb. Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri mürəkkəb relyef şəraitində əl əməyindən istifadə edərək yanğını söndürüblər. Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.

Geri

30 mart 2023-cü il saat 11:00-dək:

Bərdə rayonunun Qaradəmirçi kəndində ümumi sahəsi 60 m² olan talvarın altına yığılan 13 ton ot bağlamasının 9 tonu və yaxınlıqda 20 m² sahədə kol-kos yanıb. Ot bağlamalarının qalan hissəsi və talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

30 mart 2023-cü il saat 09:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşa müvafiq köməklik göstərilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşa müvafiq köməklik göstərilib.

Geri

30 mart 2023-cü il saat 08:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şəki  şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşa müvafiq köməklik göstərilib.


Geri

30 mart 2023-cü il saat 07:45-dək:

Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli mansarda tipli yaşayış binasının mansardasında ümumi sahəsi 85 m² olan 3 otaqlı mənzilin mətbəxində 3 m² sahədə mətbəx mebeli, 1 ədəd qaz sobası və 1 ədəd paltaryuyan maşın yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.