Geri

21 mart 2023-cü il saat 12:15-dək:

Bakı şəhərinin Sabunçu rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi, idarəetmə lövhəsi və təkərləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Quba rayonunun Alekseyevka kəndində ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə, 1 otağın yanar konstruksiyaları 15 m² sahədə və aynabəndin yanar konstruksiyaları 12 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

21 mart 2023-cü il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1-i azyaşlı olmaqla 5 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

21 mart 2023-cü il saat 07:30-dək:

Bakı şəhərinin Xətai rayonunda "Hyundai" markalı minik avtomobilinin salonu yanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.