Geri

03 fevral 2023-cü il saat 09:15-dək:

Bərdə rayonunun Birinci Qaradəmirçi kəndində ümumi sahəsi 515 m² (1-ci mərtəbəsi 500 m², 2-ci mərtəbəsi 15 m²) olan ikimərtəbəli çörəkbişirmə sexinin ikinci mərtəbəsində yerləşən ofis otağında əşyalar yanıb, yüksək temperaturdan lambirdən ibarət tavan əriyib. Çörəkbişirmə sexinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

03 fevral 2023-cü il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

03 fevral 2023-cü il saat 07:45-dək:

Abşeron rayonunda quşçuluq fabrikinin ərazisində ümumi sahəsi 1600 m² olan sexin dam örtüyünün taxta atmaları 50 m² sahədə, içərisində avadanlıqlar və yerə səpələnmiş saman yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

03 fevral 2023-cü il saat 05:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.

Geri

03 fevral 2023-cü il saat 03:45-dək:

Qazax şəhərində ümumi sahəsi 140 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları, içərisindəki əşyalar 40 m² sahədə və dam örtüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.