Geri

03 fevral 2023-cü il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

03 fevral 2023-cü il saat 07:45-dək:

Abşeron rayonunda quşçuluq fabrikinin ərazisində ümumi sahəsi 1600 m² olan sexin dam örtüyünün taxta atmaları 50 m² sahədə, içərisində avadanlıqlar və yerə səpələnmiş saman yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

03 fevral 2023-cü il saat 05:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.

Geri

03 fevral 2023-cü il saat 03:45-dək:

Qazax şəhərində ümumi sahəsi 140 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları, içərisindəki əşyalar 40 m² sahədə və dam örtüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.