Geri

02 fevral 2023-cü il saat 20:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.

Geri

02 fevral 2023-cü il saat 18:00-dək:

Cəlilabad rayonunun Göytəpə şəhərində ümumi sahəsi 15 m² olan təndirxananın yanar konstruksiyaları 10 m² sahədə yanıb. Yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 100 m² olan birmərtəbəli evin 2 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib. Təndirxananın qalan hissəsi və ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

02 fevral 2023-cü il saat 14:45-dək:

Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 62 m² olan mənzilin eyvanında həcmi 5 litr olan propan qaz balonunun başlıq hissəsindən sızan maye qaz yanıb. Yüksək temperaturdan eyvanın lambirdən ibarət üzlüyü 2 m² sahədə əriyib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

02 fevral 2023-cü il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

02 fevral 2023-cü il saat 07:00-dək:

Lənkəran şəhərinin Boladı kəndində ümumi sahəsi 500 m² (hər mərtəbəsi 250 m²) olan ikimərtəbəli 5 otaqlı evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 30 m² sahədə, 2-ci mərtəbəsinin tavanı 3 m² sahədə və dam örtüyü 45 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

02 fevral 2023-cü il saat 02:45-dək:

Beyləqan rayonunun Birinci Şahsevən kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli evin mətbəxinin yanar konstruksiyaları və içərisindəki əşyalar 9 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.