Geri

17 fevral 2023-cü il saat 12:45-dək:

Biləsuvar rayonunun Arazbarı kəndində “Mercedes" markalı minik avtomobilinin idarəetmə lövhəsi və mühərrikinin yanar hissələri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağdaş rayonunun Abad kəndində ümumi sahəsi 160 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə və damına yığılan 800 kiloqram ot bağlamasının 200 kiloqramı yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

17 fevral 2023-cü il saat 11:30-dək:

Zaqatala rayonunun Qımır kəndində ümumi sahəsi 130 m² olan kürsülü birmərtəbəli evin 1 otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları 32 m² sahədə, qismən ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

17 fevral 2023-cü il saat 08:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Siyəzən rayonunun Beşdam kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı mikroavtobus və “Opel” markalı minik avtomobili toqquşub, 8 nəfər avtomobillərdə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 6 nəfər sağ, digər 2 nəfərin meyiti zədələnmiş avtomobillərdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Geri

17 fevral 2023-cü il saat 08:00-dək:

Oğuz şəhərində ümumi sahəsi 110 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları 48 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Goranboy rayonunun Şadılı kəndində ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 3 otaq və aynabənddən ibarət (arakəsmə divarları qamışdan və taxta konstruksiyadan ibarət) evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 165 m² olan 4 otaqlı mənzilin 1 otağında döşəmə və taxta yonqarı 12 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

17 fevral 2023-cü il saat 06:45-dək:

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 40 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Abşeron rayonunun Qobu qəsəbəsində ümumi sahəsi 25 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.