Geri

15 fevral 2023-cü il saat 08:00-dək:

İsmayıllı rayonunun Lahıc qəsəbəsində içərisində 1 nəfərin olduğu “Jeep” markalı minik avtomobilinin yolsuzluq şəraitində qalması səbəbi ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə kömək üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Görülən tədbirlər nəticəsində avtomobilin təhlükəsiz əraziyə çıxarılması təmin edilib.

Geri

15 fevral 2023-cü il saat 02:00-dək:

Saatlı rayonunun Bəylər kəndində ümumi sahəsi 63 m² olan birmərtəbəli evin qamışdan ibarət tavanı, dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə və ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Hacıqabul rayonunun Navahı kəndində “Nissan” markalı minik avtomobili yol kənarındakı hasara çırpılıb. Nəticədə avtomobilin yanar hissələri və yaxınlıqda ümumi sahəsi 40 m² olan tövlənin qamışdan ibarət dam örtüyü 10 m² sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

15 fevral 2023-cü il saat 00:15-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.