Geri

08 dekabr 2023-cü il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində bir halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfərə müvafiq köməklik göstərilib.

Geri

08 dekabr 2023-cü il saat 07:55-dək:

Xaçmaz rayonunun Qobuqıraq kəndində ümumi sahəsi 22 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları və içərisində əşyalar yanıb. Yaxınlıqda olan tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

08 dekabr 2023-cü il saat 04:45-dək:

Ağcabədi rayonunun Hacılar kəndində ümumi sahəsi 56 m² olan köməkçi tikilinin çardağının yanar konstruksiyaları 35 m² sahədə və içərisinə yığılan 8 ton ot bağlamasının 5 tonu yanıb. Tikilinin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.