Geri

07 dekabr 2023-cü il saat 19:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 2 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşlara müvafiq köməklik göstərilib.

Geri

07 dekabr 2023-cü il saat 17:15-dək:

Gədəbəy rayonunun Novosaratovka kəndində ümumi sahəsi 200 m² olan tövlənin çardağının taxta atmaları 100 m² sahədə, çardağına yığılan 16 ton ot bağlamasının 10 tonu və bitişik ümumi sahəsi 80 m² olan qarajın yanar konstruksiyaları 20 m² sahədə yanıb. Tövlənin, ot bağlamalarının və qarajın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

07 dekabr 2023-cü il saat 10:30-dək:

Ağcabədi şəhərində ümumi sahəsi 24 m² olan dönərxanada yanğınla nəticələnən partlayış hadisəsi baş verib. Yanğın nəticəsində dönərxananın dam örtüyünün taxta atmaları 10 m² sahədə yanıb. Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb. Dönərxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

07 dekabr 2023-cü il saat 09:05-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşa müvafiq köməklik göstərilib.

Geri

07 dekabr 2023-cü il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində iki halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1-i uşaq olmaqla 4 nəfərə müvafiq köməklik göstərilib.

Geri

07 dekabr 2023-cü il saat 07:35-dək:

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 100 m² olan avtomobil yuma məntəqəsinin dam örtüyünün yanar konstruksiyaları və içərisində olan “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yüksək temperaturdan məntəqənin içərisində olan “Mercedes” və “Toyota” markalı minik avtomobillərinin ön hissəsi, qapıları qarsalanıb. Avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

07 dekabr 2023-cü il saat 01:15-dək:

Ağdaş rayonunun Orta Qəsil kəndində ümumi sahəsi 96 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının, eyvanının yanar konstruksiyaları 56 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

07 dekabr 2023-cü il saat 01:00-dək:

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 30 m² olan ərzaq mağazasının lambirdən ibarət tavanı 10 m² sahədə və piştaxtaya yığılan mallar 5 m² sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.