Geri

06 dekabr 2023-cü il saat 21:45-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Geri

06 dekabr 2023-cü il saat 21:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfər uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.

Geri

06 dekabr 2023-cü il saat 19:50-dək:

Tərtər şəhərində ümumi sahəsi 36 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

06 dekabr 2023-cü il saat 16:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xaçmaz şəhərində çoxmərtəbəli yaşayış binasının dam örtüyünə bərkidilən metal lövhənin bir hissəsinin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Sakinlərin və ərazidən keçən vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə FHN-nin Şimal Regional Mərkəzinin xilasediciləri qeyd olunan ünvana cəlb olunub.

Xilasedicilər metal lövhəni müvafiq qaydada bərkidərək təhlükəni aradan qaldırıblar.

Geri

06 dekabr 2023-cü il saat 16:15-dək:

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yengicə kəndində 4 ton ot bağlamasının 1,8 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

06 dekabr 2023-cü il saat 14:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfər uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.

Geri

06 dekabr 2023-cü il saat 11:15-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xaçmaz şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, yük avtomobili və motosiklet toqquşub, 1 nəfər ölüb.

Həyata keçirilən tədbirlər nəticəsində motosikleti idarə edən şəxsin meyiti yük avtomobilinin altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Geri

06 dekabr 2023-cü il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində dörd halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 5 nəfərə müvafiq köməklik göstərilib.

Geri

06 dekabr 2023-cü il saat 08:15-dək:

Sabirabad şəhərinin Qalağayın rayonunda ümumi sahəsi 330 m² olan quşçuluq sexinin dam örtüyünün yanar konstruksiyaları 270 m² sahədə yanıb. Sexin qalan hissəsi və yaxınlıqda olan sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

06 dekabr 2023-cü il saat 08:00-dək:

Ağcabədi rayonunun Xocavənd kəndində ümumi sahəsi 600 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 350 m² sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

06 dekabr 2023-cü il saat 02:30-dək:

Quba rayonunun Sırt Çiçi kəndində ümumi sahəsi 250 m² (hər mərtəbəsi 125 m²) olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları, ikinci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 80 m² sahədə, birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 30 m² sahədə və bitişik yığılan 7 ton ot bağlamasının 4 tonu yanıb. Evin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

06 dekabr 2023-cü il saat 02:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşa müvafiq köməklik göstərilib.