Geri

06 dekabr 2023-cü il saat 08:00-dək:

Ağcabədi rayonunun Xocavənd kəndində ümumi sahəsi 600 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 350 m² sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

06 dekabr 2023-cü il saat 02:30-dək:

Quba rayonunun Sırt Çiçi kəndində ümumi sahəsi 250 m² (hər mərtəbəsi 125 m²) olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları, ikinci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 80 m² sahədə, birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 30 m² sahədə və bitişik yığılan 7 ton ot bağlamasının 4 tonu yanıb. Evin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

06 dekabr 2023-cü il saat 02:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşa müvafiq köməklik göstərilib.