Geri

31 dekabr 2023-cü il saat 17:00-dək:

Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov  küçəsində yerləşən restoranın ümumi sahəsi 600 m² olan zalında taxtadan ibarət tavan və dam örtüyünün taxta atmaları 20 m² sahədə yanıb. Zalın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

31 dekabr 2023-cü il saat 16:55-dək:

Biləsuvar rayonunun Zəhmətabad kəndində ümumi sahəsi 32 m² olan tövlənin çardağının yanar konstruksiyaları 5 m² sahədə və içərisində 1 ton ot bağlamasının 0,5 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

31 dekabr 2023-cü il saat 16:15-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsində yerləşən restoranda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

Geri

31 dekabr 2023-cü il saat 15:55-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsində yerləşən restoranda yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Geri

31 dekabr 2023-cü il saat 13:15-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaş halsız vəziyyətdə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Geri

31 dekabr 2023-cü il saat 12:00-dək:

Abşeron rayonunun Masazır qəsəbəsində ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsinin 1 otağında dam örtüyü 20 m² sahədə və ev əşyaları yanıb. Yüksək temperaturdan hamam otağının plastikdən ibarət qapı və dəhlizin pəncərə çərçivəsi əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

31 dekabr 2023-cü il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində dörd halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 4-ü uşaq olmaqla 8 nəfərə müvafiq köməklik göstərilib.

Geri

31 dekabr 2023-cü il saat 00:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda 1 nəfər uşağın evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.

Geri

31 dekabr 2023-cü il saat 00:15-dək:

Bakı şəhərinin Xətai rayonunda yol kənarında quraşdırılan elektrik lövhəsində 3 ədəd qoruyucu açar və 4 p.m çıxış kabeli yanıb. Yaxınlıqdakı mağazalar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.